FETÖ əməliyyatı: - 16 nəfər həbs edilib

  • By Admin2
  • 17 İyul 2026 12:10

Türkiyədə İstanbul mərkəzli 8 vilayətdə FETÖ-nün aktual strukturuna qarşı keçirilən əməliyyat çərçivəsində saxlanılan 24 şübhəlidən 16-sı həbs edilib.

Gununsesi.info TRT Haber-ə istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində saxlanılan şəxslərin polis idarəsindəki prosedurları başa çatdıqdan sonra onlar İstanbul Ədliyyəsinə gətiriliblər.

Prokurorluqda ifadələri alınan şübhəlilərdən daha 6 nəfər barəsində məhkəmə nəzarəti qətimkan tədbiri seçilib.

Digər şübhəlilərlə bağlı prosedurların davam etdiyi bildirilir.

İstintaq materiallarına görə, “Garson” kod adlı məxfi şahiddən əldə edilən SD kartdakı “Emniyet Mahrem Analiz Raporu” (EMAR) qeydləri əsasında araşdırma aparılıb. Araşdırmalar zamanı təşkilatın məxfi strukturlarında fəaliyyət göstərən şəxslərlə əlaqələri olduğu iddia edilən, Bank Asyada hesabı olan, müəyyən dövrlərdə hesablarında qeyri-adi maliyyə hərəkətləri qeydə alınan, həmçinin küçə telefonlarından ardıcıl zənglər aldığı müəyyən edilən 25 şübhəli müəyyənləşdirilib.

Məlumata görə, şübhəlilərdən 8-i fəaliyyət göstərən dövlət qulluqçusu, 11-i özəl sektor əməkdaşı, 6-sı isə aktiv sosial sığorta qeydiyyatı olmayan şəxslərdir.

Bir nəfərin axtarışları davam edir.

Gununsesi.info