Bərdədə 3 maşın toqquşdu, xəsarət alanlar var

  • By admin
  • 29 Oktyabr 2016 08:25

qeza252

Bərdə rayonunda üç avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib, xəsarət alanlar var.

Gununsesi.info APA-nın Qarabağ bürosuna  istinadən xəbər verir ki, hadisə H. Əliyev prospektində qeydə alınıb.

Qəza nəticəsində 3 nəfər – 1994-cü il təvəllüdlü Rəhimov Nicat, 1985-ci il təvəllüdlü Rəhimov Vaqif və 1983-cü il təvəllüdlü Muşviq Əliyev müxtəlif  bədən xəsarətləri ilə Bərdə Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Hadisənin təfərrüatları müəyyənləşdirilir.

Gununsesi.info