Bərdədə qəzada 2 qardaş öldü

  • Müəllif: admin
  • 03 İyul 2018 12:41

 12:28

Bərdədə ötən gecə ağır yol qəzasında ölənlərin kimliyi məlum olub. 

Rayonun Əmirli kəndi ərazisində, “Hyundai” və “VAZ” 2107 markalı, 56 BG 837 dövlət nömrə nişanlı avtomobillərin toqquşması nəticəsində Bakı şəhər sakinləri Abışov Elvin Teyyub oğlu və onun qardaşı  Abışov Təbriz Teyyub oğlu ölüb.

Faktla bağlı araşdırma aparılır.

———-
08:58

Bərdədə ağır yol qəzası baş verib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Əmirli kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan  “VAZ 2107” markalı avtomobil  qarşıdan gələn “Hyundai”la toqquşub.

İlkin məlumata əsasən, qəza nəticəsində 2 nəfər ölüb. Onların şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.