Bərdədə qaynaqçı üzərinə darvaza düşdü öldü

  • By admin
  • 24 Fevral 2017 11:42

berde

Bərdədə qaynaqçı üzərinə darvaza düşməsi nəticəsində ölüb.

Gununsesi.info Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, hadisə rayonun Qasımbəyli kəndində qeydə alınıb.

Həmin kənddə yerləşən təmir sexində rayon sakini Eyyub Muxtarov qaynaq etdiyi dəmir darvazanın üstünə düşməsi nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info