
Aprelin 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə Şamaxıda bacısını boğaraq öldürməkdə təqsirləndirilən Rafael Yolçuyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Gununsesi.info-nun xəbərinə görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Qeyd edək ki, qətl hadisəsi 2017-ci ilin yanvar ayında baş verib.
Belə ki, 1977-ci il təvəllüdlü Rafael Yolçuyev ailə münaqişəsi zəminində 1981-ci il təvəllüdlü bacısı Yasəmən Arzuxanovanı boğaraq öldürüb.
Xatırladaq ki, ailəli olan Y.Arzuxanova həyat yoldaşı ilə mübahisə etdikdən sonra Bakıya gəlib. Bundan qəzəblənən Rafael Yolçuyev bacısını Bakıdan Şamaxıya apararaq orada qətlə yetirib və könüllü təslim olub.
Proses aprelin 21-də məhkəmə baxışı ilə davam edəcək.
Gülnaz Qənbərli
Gununsesi.info











