“Qadınlar haqqında nə qədər danışsaq da, yetməz” - MƏLAHƏT İBRAHİMQIZI

  • By admin
  • 19 Aprel 2017 17:40
melahet1
“Qadınlar haqqında nə qədər danışsaq da, yetməz. Qadın üçün anadan uca bir ad yoxdur. Bu gün Azərbaycan gəncliyi də qadınlara verilən dəyəri anlamalıdır”.
Gununsesi.info xəbər verir ki, bu fikri  Milli Məclisin deputatı Məlahət İbrahimqızı Azərbaycan Tibb Universitetində (ATU) “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bugünümüzün və gələcəyimizin dayağıdır” mövzusunda  keçirilən toplantıda səsləndirib.
Qadınları nəslimizin bugünü, keçmişi və gələcəyi adlandıran millət vəkili deyib ki,  bugünkü  xanımlar və analar  tibbi biliklərə yetırincə yaxşı yiyələnməldirlər:
“Bu həm gələcəkdə peşəkar həkim,  həm də savadlı bir insan olmaqdır”.
Millət vəkili  həmçinin qeyd edib ki, tələbələr Azərbaycanı və millətimizi bütün dünyada layiqincə təmsil və təbliğ etməlidirlər.
Millət vəkili Qənirə Paşayeva  isə Tibb Universitetinin məzunu kimi tələbələrə özünün təhsil illəri haqqında xatirələrindən danışıb:
“Mən də bu universitetin tələbəsi olmuşam. Mən oxuduğum illərdə ATU bu vəziyyətdə deyildi, heç mənim ailəm də sizin ailələriniz kimi deyildi.  İndiki nəsil isə bu baxımdan çox şanslıdır”.
Q.Paşayeva vurğulayıb ki, indiki nəsil müstəqil Azərbaycanın, onun bütövlüyü üçün var gücüylə çalışmaldır:
“Yoxsa, nə tarix, nə də gələcək nəsil sizi bağışlamayacaq. Digər tərəfdən, ən güclü vətənpərvər özünü təhsilə verən şəxsdir. Bu gün vətən üçün edə biləcəyiniz ən vacib əməl –  yaxşı oxumaqdır”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin gender şöbəsinin baş məsləhətçisi Sevinc Əlizadə müstəqillik qazandığımız ilk illərdə ictimai həyatda qadınlara qarşı münasibətin birmənalı olmadığını bildirib. 
Bu gün Azərbaycan qadınının daha güclü və mübariz olduğunu söyləyən S. Əlizadə  gənclər üçün təhsilin əsas amil olduğunu bildirib:
“Qadın üçün təhsil daha vacibdir. Çünki qadın, heç kimə inanmadan öz ayaqları üstündə dayanmağı bacarmalıdır. Sabah qadın həyatda tək qalsa, o,  özünü və övladlarını ayaqda saxlamağı bacarmalıdır”.
Toplantıda Azərbaycan qadınlarının idarəetmədə, siyasi və ictimai həyatındakı rollarından, onların aktiv fəlaiyyətindən, bu sahələrdə mövcud olan problemlərdən söz açılıb.
Mürtəza
 Gununsesi.info