Bakı aeroportunda 4000 avroluq oğurluq

  • Müəllif: admin
  • 05 Aprel 2017 14:22

aeroport

Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində içərisində 4000 avro olan çanta oğurlanıb.

Gununsesi.info-nun Daxili işlər Nazirliyinə istinadən məlumatına görə, Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 16-da Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində Bakı şəhər sakininə məxsus, içərisində 4000 avro olan çantanı oğurlamaqda şübhəli bilinən paytaxt sakini Vaqif Rzayev tutulub.

Araşdırmalar davam etdirilir.

Gununsesi.info