Bakı Apellyasiya Məhkəməsi İbadoğlu tərəfdarlarını sevindirmədi

  • By admin
  • 28 İyul 2016 15:25

bakkkkkkkkkkkkkkkkkkkkkkkkk

 

Bu gün Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyasının qurultayının nəticələrindən narazı qalan bir qrup sabiq üzvün şikayəti əsasında məhkəmə prosesi keçirilib.

Gununsesi.info  xəbər verir ki,  bu barədə APA-ya partiyanın sabiq üzvü Əlövsət Sadıqlı deyib. O, bildirib ki, hakim Cəmilə Şəfiyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub, məhkəmə şikayəti təmin etməyib. Binəqədi Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Müsavat Partiyasının 2014-cü il sentyabrın 27-də keçirilən VIII qurultayında Arif Hacılı başqan seçilib. Qurultayın nəticələrindən narazı qalanlar növbədənkənar qurultay keçirilməsi tələbini irəli sürüb, qurultayın nəticələrinin ləğv edilməsi üçün Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Onlar müraciətdə partiyanın sonuncu qurultayında pozuntular olmasını iddia edərək nəticələrin ləğv olunmasını, yenidən qurultay çağırılmasını istəyiblər. Məhkəmə iddianın təmin olunmaması barədə qərar çıxarıb.

Bundan sonra məhkəmənin qərarından apellyasiya şikayəti verilib.

Gununsesi.info