İcraçı direktor: “Muradovanın boğulmasına səbəb beyinin qəfil yatması olub” - FOTO

  • By admin
  • 28 İyul 2016 15:16

ulker

 

Sumqayıt şəhərində gənc qız hovuzda boğulub. Gununsesi.info xəbər verir ki, hadisə Sumqayıtda yerləşən “Term” idman  kompleksində olan  üzgüçülük hovuzunda baş verib. Sözü gedən idman kompleksinin hovuzunda üzən 1991-ci il təvəllüdlü, Sumqayit şəhəri  1-ci məhəllə sakini Ülkər Muradova boğularaq dünyasını dəyişib. Hadisənin  nəzarətçilərin diqqətsizliyi üzündən və ya hər hansı bir səbəbdən  baş verməsini araşdırmaq üçün sözü gedən idman kompleksinə yollandıq. Kompleksin qarşısında dayanan mühafizəçi və müəllim heyyəti rəhbərlikdən səlahiyyətli şəxslərin olmadığını əsas gətirərək bizi içəri buraxmadılar.

Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, hadisə ötən gün saat 17.00 da baş verib.

Daha sonra İdman kompleksinin icarçı direktoru Hüseyn Cabbarovla əlaqə saxladıq. Cabbarov telefonla bizə bildirdi ki,“hazırda 2-ci eskpertiziyanin reyini gözləyirik. Mərhum peşəkar üzgüçü olub. Ehtimal var ki onun səhətində hər hansı bir qıcolma və ya ürəyində tromp olub və ya hər hansı bir səbəbdən beyninin yatması səbəbindən baş verib. Ona görə də bir az eskpertiziyanın cavabını gözləməliyik. Hadisə baş verən zaman dərhal 103 təcili tibbi yardım stansiyasının həkimlərinə xəbər verilib. Ona ilkin tibbi yardım da göstərilib. Hadisənin isə bir an da Ü.Muradovanın suda  üzərkən baş verdiyini görüblər. Kompleksdə olan müəllim heyyəti də o anda  şok da olub. Hazırda prokrorluq tərəfindən araşdırmaların apardığını bildirdi”.

Kopmleksdən bizə bildirdilər ki,  25 yaşlı Ü. Muradova hər il yay tətilində adıçəkilən kompleksə üzməyə gəlirmiş və həvəskar üzgüçü olub.

İyulun 27-də kompleksə gələn Ü.Muradova yenidən hovuzda üzməyə başlayıb. Bir müddətdən sonra onda qəfil ürək tutması baş verib və boğulub. Hovuz nəzarətçilərinin dərhal hadisəyə müdaxilə etməsinə və ona süni nəfəsin verilməsinə baxmayaraq, gənc qızın həyatını xilas etmək mümkün olmayıb. Ü.Muradova hadisə yerində dünyasını dəyişib.

Artıq faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Hazırda faktla bağlı istintaq əməliyyat tədbirləri aparılır.

Qeyd edək ki, mərhum Ü.Muradova Qubadlı Rayon Xəstəxanasında işləyirdi.

 

temp

 

Gununsesi.info