Bakı-Astara yolunda yük maşını aşdı - Video

  • By admin
  • 17 Yanvar 2019 15:10

Bakı-Astara yolunda yük maşını aşıb.

Gununsesi.org-un verdiyi xəbərə görə, hadisə bu gün Qaradağ rayonu ərazisində baş verib. Hərəkətdə olan yük maşını aşaraq bir neçə metr sürüşüb və dəmir arakəsmələrə çırpılıb. Qəza nəticəsində sürücü xəsarət alıb.

Araşdırma aparılır. İlkin məlumata görə, yük maşını güclü güləyin təsiri nəticəsində aşıb.