“Bakı Metropoliteni” retro vaqonların “İçərişəhər” stansiyasında qalma müddətini uzadıb

  • Müəllif: admin
  • 01 Yanvar 2020 19:14

“Bakı Metropoliteni” QSC retro vaqonların “İçərişəhər” stansiyasında qalma müddətini daha bir gün uzadıb. 

Gununsesi.org xəbər verir ki, bu barədə qurumun yaydığı xəbərdə qeyd edilir.

Məlumata görə, buna səbəb sərnişin marağıdır: “Sərnişinlərin marağı və çoxsaylı müraciətlər nəzərə alınaraq, retro vaqonlardan ibarət qatar yanvar ayının 2-də də “İçərişəhər” stansiyasının 1-ci baş yolunda nümayiş olunacaq”.

 

Gununsesi.org