Bakı-Qazax magistralında hərəkət mədudlaşdırılır - SÜRÜCÜLƏR DİQQƏTLİ OLUN

  • Müəllif: admin
  • 12 İyun 2017 09:48

6f1ed22b996d7fd57eee0513c79f1d02

“Azəravtoyol” ASC tərəfindən bu gün səhər saat 10:00-dan etibarən Bakı-Qazax magistral avtomobil yolunun 47 km-dən 72 -ci km-ə kimi olan hissəsində üfüqi nişanlanma xətlərinin rənglənmə işləri aparılacaq.

ASC-dən Gununsesi.info-ya verilən məlumata görə, işlərin aparıldığı hissədə avtonəqliyyat vasitələrinin hərəkətində tam və qismən mədudlaşdırılma olacaq.

Rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.

“Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sürət həddinə nəzarət etmələrini xahiş edir.

Gununsesi.info