Bakı-Qazax yolunda avtomobil kanala düşüb, xəsarət alanlar var

  • By admin
  • 22 Oktyabr 2017 19:19

qeza_0235
Yevlaxda avtomobilin kanala düşməsi nəticəsində sürücü və sərnişin xəsarət alıb.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Yevlax rayon Səmədabad kəndi ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan “BMW” markalı avtomobil idarəetmədən çıxaraq kanala düşüb. Nəticədə avtomobildə olan iki nəfər, Gəncə şəhər sakinləri – 1984-cü il təvəllüdlü Ramin Müslüm oğlu Məmmədov və 1985-ci il təvəllüdlü İsfəndiyar Nafiq oğlu Aslanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Baş vermiş hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırmalara başlanılıb.
Gununsesi.info