Bakı-Quba yolunda sürücülər dava etdi

  • By admin
  • 16 Oktyabr 2019 11:49

Bakı-Quba yolunda avtomobillərlə qəza vəziyyəti yaradan sürücülər dava edib.

Gununsesi.org-un xəbərinə görə, hadisə Bakı-Quba yolunun 23-cü kilometrliyində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini Təbriz Fərzəliyevlə 1995-ci il təvəllüdlü Orxan Məmmədquliyev idarə etdikləri avtomobillərlə bir-birinə qəza şəraiti yaradıblar.

Daha sonra hər iki sürücü avtomobillərindən düşərək dava edib, bir-birinə xəsarət yetirib.

Hadisə yerinə polis əməkdaşları gəlib, T.Fərzəliyevlə O.Məmmədquliyev saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

 

Gununsesi.org