Bakıda 3 otaqlı mənzil yandı

  • By admin
  • 21 Oktyabr 2017 21:12

yanginjpg

Bakıda yanğın hadisəsi qeydə alınıb. 

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, yanğın paytaxtın Nizami rayonunda ümumi sahəsi 90 m2 olan 3 otaqlı mənzildə baş verib. Nəticədə ev əşyaları 20 m2 sahədə yanıb. Yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 15 m2 sahədə əriyib. Qonşu mənzildən 2 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info