Bakıda bal yarmarkası keçirilir

  • By admin
  • 15 Oktyabr 2016 13:05

bal-yarmarkasi
Bu gündən etibarən Bakıda “Amay” ticarət mərkəzində arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası keçirilir.
Gununsesi.info Kənd Təsərrüfatı Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bir ay davam edəcək yarmarkada bu il 254 nəfər arıçı iştirak edir. Zona və Respublika Baytarlıq laboratoriyaları bu il yarmarkaya buraxılan balın yoxlanmasını daha da sərtləşdirmiş və nəticədə gətirilən balın 20%-dək hissəsi keyfiyyət göstəriciləri normaya uyğun olmadığından yarmarkaya buraxılmayıb.
Qeyd edək ki, yarmarka müddətində heç bir iştirakçı yarmarkaya kənardan boş bir banka belə gətirə bilməyəcək. Bu da yarmarkada yalnız yoxlanılmış məhsulun satışını təmin edəcək. Sıxlıq yaratmamaq üçün yarmarka müddətində satış stollarında yalnız bir nəfər – qeydiyyatdan keçmiş şəxsin özü oturur.
Yarmarka Nobel prospekti, 23 ünvanında yerləşən “AMAY” Ticarət Mərkəzində keçirilir.
Anar
Gununsesi.info