Şübhəli avtomobildən 10 kiloqrama yaxın narkotik götürüldü

  • By admin
  • 15 Oktyabr 2016 13:01

narkos

Biləsuvarda şübhəli avtomobildən 10 kiloqrama yaxın narkotik götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Eldar Qasımovun idarə etdiyi “Mercedes” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.

Sərnişini, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Gündüz Əliyevin də olduğu avtomobilə baxış zamanı 9 kiloqram tiryək və 720 qram həşiş aşkar edilərək götürülüb.

Gununsesi.info