Maştağalılar bir-birinin qanını tökdü

  • By admin
  • 15 Oktyabr 2016 12:58

BICAQ

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.info bildirir ki, Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakinləri Qəzənfər Ələsgərov və Əfqan Quliyev münaqişə zəminində bir-birinə bıçaqla xəsarət yetiriblər. Xəstəxanaya yerləşdirilən Əfqan Quliyevin vəziyyəti ağır, Qəzənfər Ələsgərovun vəziyyəti isə orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info