Gununsesi.info FHN-ə istinadən xəbər verir ki, Bakı şəhəri, Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının çardağında ümumi sahəsi 12 m² olan köməkçi otaqda məişət əşyaları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 6 nəfər bina sakini təxliyyə edilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 14:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info