
Gununsesi.info milli.az-a istinadən xəbər verir ki, Bakıda yanğın baş verib.
Ceyhun Əliyev adlı şəxsin verdiyi məlumata görə, yanğın bugün saat 12.50 radələrində Mehmandarov küçəsi, 54 ünvanında yerləşən binanın 7-ci mərtəbəsində baş verib.
Təxminən 10-15 dəqiqə ərzində yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 42 m2 olan 2 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları və ev aşyaları 15 m2 sahədə yanıb, yüksək temperaturdan mətbəxin, dəhlizin lambirdən ibarət tavan 9 m2 sahədə və 2 ədəd plastik qapı əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 13:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gununsesi.info