Bakıda bir ayda 15 min piyada cərimələnib

  • By admin
  • 31 Yanvar 2017 17:47

piyade

Yanvar ayı ərzində Bakıda 15 min nəfər piyada keçidlərindən istifadə etmədiyi üçün məsuliyyətə cəlb edilib.

Gununsesi.info xəbər verir ki, bunu Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, təmsil etdiyi qurum piyadaların piyada keçidlərindən istifadə etməsi ilə bağlı maarifləndirmə tədbirlərini davam etdirir:

“Bakıda hazırda 70-dən artıq yeraltı və yerüstü piyada keçidi var. Paytaxtda avtomobil yollarında baş verən qəzaları təhlil edərkən məlum olub ki, onların 60 faizini piyada vurma hadisələri təşkil edir. Bunlar isə piyada keçidlərinin yaxınlığında baş verir. 2016-cı ildə Bakı şəhəri üzrə 138 min piyada keçidlərdən istifadə etmədiyi üçün cərimələnib”.

Gununsesi.info