Bakıda BU MƏKTƏBDƏ virusa yoluxma aşkarlandı  - SİNİF BAĞLANDI

  • By admin
  • 05 Oktyabr 2021 15:23

162 nömrəli tam orta məktəbin 8 ç sinfində 3 şagirdin COVİD-19 infeksiyasina yoluxması təsdiq olunduğu üçün həmin sinifdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

İdarədən qeyd olunub ki, hazırda məktəbdə əyani təhsil davam edir

“Paytaxt məktəblərində çalışan təhsil işçilərinin 90 faizindən çoxu vaksin olunub. Tədris ocaqlarında pandemiya şəraitindən irəli gələn qaydalara ciddi əməl olunur və mütəmadi olaraq monitorinqlər aparılır” – deyə sorğunun cavabında bildirilib.

Gununsesi.info