Bakıda ev od tutub yandı

  • Müəllif: admin
  • 29 Oktyabr 2016 09:00

fhn-1

Bakıda yanğın qeydə alınıb.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 47 m2 olan 3 otaqlı mənzilin mətbəxində 1 ədəd su qızdırıcısı və qaz peçi yanıb.

Yüksək temperaturdan mətbəxin tavanı 10 m2 sahədə əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 23:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info