Bakıda ev yanıb

  • By admin
  • 23 Fevral 2018 08:20

Bakıda yanğın olub.

Gununsesi.info-nun FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərin Yasamal rayonunda ümumi sahəsi 60 m2 olan 2 otaqlı mənzildə baş verib. Nəticədə mənzilin mətbəxində ev əşyaları yanıb və yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 6 m2 sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info