Bakıda fərdi evdə yanğın olub

  • By admin
  • 06 Aprel 2018 21:46

 

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xəzər rayonunda ümumi sahəsi 110 m2 olan birmərtəbəli 4 otaqlı evin 1 otağının və mətbəxinin yanar konstruksiyaları 40 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

 

Gununsesi.info