Bakıda gənc qətlə yetirildi

  • By admin
  • 11 Aprel 2021 10:30
Gununsesi.info-nun məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Biləcəri qəsəbəsinin Asəf Zeynallı küçəsində 1994-cü il təvəllüdlü Allahverdiyev Cavad İttifaq oğlu mübahisə zəminində ürək nahiyəsindən bıçaqlanaraq dünyasını dəyişib. Onun meyiti müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.

Hadisənin təfərrüatı Binəqədi rayon Prokurorluğunda araşdırılır.

Gununsesi.info