Bakıda hava yağmursuz keçəcək, duman, çiskin olacaq

  • By admin
  • 15 Aprel 2018 14:33


Bakıda və Abşeron yarımadasında aprelin 16-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəzlənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Gununsesi.info-ya verilən məlumata görə, havanın temperaturu gecə 6-8, gündüz 12-16 dərəcə isti olacaq.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8, gündüz 16-21 dərəcə isti təşkil edəcək.

 

Gununsesi.info