
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) “İslam Həmrəyliyi İli” çərçivəsində çap etdirdiyi nəşrlərin geniş ictimaiyyətə təqdim edilməsi məqsədilə dekabrın 20-də kitab sərgisi keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən xəbərə görə, sərgidə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin və Bakı İslam Universitetinin müəllim-tələbə heyəti, eləcə də ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Gununsesi.info









