Bakıda kirayə mənzillərin qiyməti bahalaşdı -SƏBƏB

  • By admin
  • 21 Sentyabr 2021 09:43

Bakıda avqust ayında kirayə mənzillərin qiymətində 0,36 faiz artım baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Trend-ə əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib.

N.İbrahimov bildirib ki, kirayə mənzillərin 1 kvadrat metrinin orta qiyməti 8,33 manatdan 8,36 manata yüksəlib. O qeyd edib ki, ay ərzində artım 0,36 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 3,47 faiz təşkil edib.

Ekspert vurğulayıb ki, ali təhsil müəssisələrində dərslərin açılması da kirayə mənzillərin qiymətinə təsir edib. Hətta tələbələrin bir hissəsi dərslərin bərpa olunması elan olunmazdan əvvəl kirayə mənzillər tutmuşdular.

Əmlak üzrə ekspert bildirib ki, ümumi şəhər üzrə kirayə mənzillərin orta qiyməti 775 manat, o cümlədən 1 otaqlı mənzil 350 manat, 2 otaqlı mənzil 449 manat, 3 otaqlı mənzil 542 manat, 4 otaqlı mənzil 869, 5 otaqlı mənzil isə 1156 manat olub.

Gununsesi.info