Bakıda məktəb direktoru işdən çıxarıldı

  • By admin
  • 21 Sentyabr 2017 13:19

1ece2bb8-d49e-4b62-888e-56b70e49890b_2921505983692

Bakı şəhəri, Sabunçu rayonunda yerləşən 213 saylı tam orta məktəbin direktoru vəzifəsindən azad olunub. 

Gununsesi.info xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi faktı “report”a təsdiqləyib.

İdarədən bildirilib ki, çalışmanın yaş həddinə çatması ilə əlaqədar Bakı şəhəri 213 saylı tam orta məktəbin direktoru Əliyev Yasin Hüseyn oğlu ilə bağlanmış əmək müqaviləsi 28 avqust 2017-ci il tarixində ləğv edilib: “Hazırda direktor vəzifəsinin müvəqqəti icrası məktəbin direktor müavininə həvalə edilib”.

Gununsesi.info