Bakıda mənzildə yanğın olub

  • By admin
  • 17 Fevral 2017 21:33

fhn-yangin-sonduren

 

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xətai rayonunda çoxmənzilli yaşayış binasının 13-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 37 m² olan 1 otaqlı mənzildə ev əşyaları 6 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

 

Gununsesi.info