Bakıda mənzillərdən oğurluq edən 3 gürcüyə hökm oxundu

  • By admin
  • 26 İyul 2016 14:49

f2074bac43194dbaf23b08304bc51004

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Gürcüstan vətəndaşlarının məhkəmə prosesi başa çatıb.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən Qvabtsa Salamaze 9 il, Qriqol Kuruşvili və Nika Bumbeyişvili hər biri 10 il müddətində azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, Bakıda mənzillərdən oğurluq edən Gürcüstan vətəndaşları Qriqol Kuruşvili, Nika Bumbeyişvili və Qvabtsa Salamatze saxlanılıb. Onlara Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə ittiham irəli sürülüb.

Gununsesi.info