Quldurlara hökm oxunub

  • By admin
  • 26 İyul 2016 14:44

hokm

 

Bakı Ağır Cinayət Məcəlləsində quldurluqda təqsirləndirilən Cəfərsadiq Əliyev və Aydın Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Gununsesi.info-nun məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə C.Əliyev 11 il, A.Hüseynov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hər iki şəxs quldurluqda təqsirli biliniblər. Onlar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham olunublar.

Gununsesi.info