Bakıda narkotik vasitə becərən şəxs tutuldu

  • Müəllif: admin
  • 05 Noyabr 2016 14:17

narkotik-polis

Bakı şəhərində narkotik vasitə becərən şəxs tutulub.

Gununsesi.info-nun DİN-in saytına istinadən verdiyi məlumata görə, Qaradağ rayon 38-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Korgöz qəsəbəsində yaşayan Ağayar Məhərrəmovdan 1,928 qram, evinə baxış zamanı 9 kiloqram 90 qram marixuana, həyətindən isə kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Gununsesi.info