Bakıda parklanma ilə bağlı baş plan HAZIRLANDI

  • By admin
  • 01 Fevral 2022 11:00

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən Bakı şəhərinin ümumi parklanma baş planı hazırlanıb.

Gununsesi.info-nun məlumatıma görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyetinin sədri Vüsal Kərimli deyib.

O qeyd edib ki, həmin plana uyğun olaraq əhalinin yerləşdiyi, gecə yatdığı yerlər əsas işlək küçələrə uyğun şəkildə qiymət tarifi hazırlanıb.

“Həmin tariflər hökumətə təqdim olunub və hazırda araşdırma mərhələsindədir”, deyə o bildirib.

Gununsesi.info