
Bakıda vətəndaşa məxsus qaraj yanıb.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Nəsimi rayonunda doqquzmərtəbəli yaşayış binasının qarşısında, vətəndaşa məxsus ümumi sahəsi 20 m2 olan dəmir konstruksiyalardan ibarət qarajın lambirindən ibarət tavanı 20 m2sahədə yanıb. Qarajın qalan hissəsi, bitişik qaraj və içərisində olan avtomobil yanğından mühafizə olunub. Yanğın saat 09:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Anar
Gununsesi.info










