Bakıda qız öz evindən 16 min dollar oğurladı

  • By admin
  • 04 Fevral 2020 13:06

Bakıda mənzildən oğurluq hadisəsi baş verib.

Bununla bağlı Daxili İşlər Nazirliyi (DİN) Gununsesi.org-a məlumat  verib.

Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 30-da rayon ərazisindəki evlərin birindən 1000 manat və 16 min ABŞ dolları oğurlamaqda şübhəli bilinən ev sahibinin qızı, Bakı şəhər sakini Ə.Məmmədova saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.org