Bakıda səfirlik əməkdaşında koronavirus aşkarlandı

  • By admin
  • 23 İyun 2020 18:51
Türkiyənin Azərbaycandakı səfirliyində koronavirusa yoluxma faktı aşkar olunub.
Gununsesi.org xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, səfirliyin binasında çalışan azərbaycanlı əməkdaşlardan birində koronavirus aşkarlanıb.
Aparılan müayinələr nəticəsində şəxsin ailə üzvləri arasında da virusa yoluxanların olduğu müəyyən edilib.
Həmin şəxs və ailəsi pandemiya üzrə xəstəxanalardan birinə yerləşdirilib, müalicələrinə başlanılıb.
Onu da qeyd edək ki, pandemiya dövrü ilə əlaqədar olaraq, Türkiyə Səfirliyinin məhdud sayda əməkdaşı zərurət olduğu halda ofisdən çalışır, kollektivin böyük əksəriyyəti onlayn qaydada fəaliyyətini davam etdirir.

Gununsesi.org