Bakıda sexdə yanğın, 2 nəfər yaralandı

  • By admin
  • 20 May 2017 22:09

fhn yangin masin

 

Bakıda metaləritmə sexində yanğın nəticəsində 2 nəfər xəsarət alıb.

Gununsesi.info-nun FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 1500 m2 olan metaləritmə sexində baş verib. Nəticədə sexin ərazisində 10 m2 sahədə stol-stul, 1 ədəd rəf və 1 ədəd  elektrik lövhəsi yanıb.

Yanğın zamanı 2 nəfər yanıq xəsarətləri alıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 19:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Gununsesi.info