Bakıda “Sobsan” boya zavodunun sexi yanır - YENİLƏNİB / FOTOLAR + VİDEO

  • By admin
  • 04 İyul 2020 22:22

Bakıda boya fabrikində yanğın başlayıb.

Gununsesi.org-un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 7-ci mikrorayon ərazisindəki “Sobsan” boya fabrikinin sexində yanğın başlayıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb edilib. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

***

21:38

Gununsesi.org-un məlumatına görə, Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev yanğın baş verən əraziyə gəlib.

 


Gununsesi.org