Bakıda velosiped oğrusu tutuldu

  • By admin
  • 27 Dekabr 2016 11:52

ogru

Velosiped, 200 m elektrik naqili və elektrik təmir alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini tutulub.

Daxili İşlər Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 22-də Binə qəsəbəsi ərazisində Rasim Abbasova məxsus evdən velosiped, 200 metr elektrik naqili və elektrik təmir alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Xaləddin Əliyev tutulub.

Anar

Gununsesi.info