Bakıda yaşayış binası uçdu, maşınlar dağıntılar altında qaldı - VİDEO + FOTO

  • By admin
  • 18 Mart 2018 21:40

Bu gün Bakının Binəqədi rayonunda qaçqınların məskunlaşdığı deyilən və uzun müddətdir qəzalı vəziyyətdə olan bina uçub.

Gununsesi.info xəbər verir ki, hadisə şahidlərinin virtualaz.org saytının redaksiyasına göndərdiyi foto və videokadrlara əsasən, bir neçə avtomobil binanın dağıntıları altında qalaraq tamamilə yararsız vəziyyətə düşüb.

Bildirilir ki, Binəqədi qəsəbəsinin girişində, “2-ci mədən” ərazisində yerləşən birmərtəbəli bina SOCAR-ın balansında olub və əvvəllər yeməkxana kimi istifadə edilib.

Binanın yarısı uçub, hadisə zamanı xəsarət alanların olub-olmadığı hələ məlum deyil. Yaxınlıqda ötən əsrin əvvəllərində neft sənayesi üçün tikilmiş daha bir neçə belə qəzalı binanın olduğu bildirilir.

 Gununsesi.info