Bakıda yaşayış binasında yanğın - SAKİNLƏR TƏXLİYYƏ EDİLİB

  • By admin
  • 17 Yanvar 2018 08:20

Bakıda yanğın hadisəsi baş verib.

Gununsesi.info-nun FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 97 m2 olan 2 otaqlı mənzildə baş verib. Nəticədə mənzilin yanar konstruksiyaları 28 m2 sahədə yanıb. Yanğın zamanı 1 nəfər azyaşlı tüstüdən zəhərlənib və 2 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info