Bakıda yeni polis bölməsi yaradılır

  • Müəllif: admin
  • 27 Fevral 2019 11:18
Bakıda yeni polis bölməsi yaradılıb.
Gununsesi.org ONA-ya istinadən məlumatına görə, ictimai təhlükəsizliyin təmin edilməsinin səmərəsini artırmaq və vətəndaşların polisə müraciətlərini asanlaşdırmaq məqsədi ilə Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsi açılacaq. Rayonun Binə qəsəbəsində yeni bölmə üçün inzibati bina da inşa edilib. Bölmənin şəxsi heyəti hələlik formalaşmayıb.
Yeni bölmənin mart ayında açılışı gözlənilir.
Gununsesi.org