Bakıdan Batumiyə avtobus xətti açıldı - Turistlərə şad xəbər

  • By admin
  • 25 İyul 2016 13:07

batumi

Bakıdan Batumiyə avtobus reysi açılıb. Gununsesi.info “milli.az”a istinadən xəbər verir ki, bu gündən etibarən Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həftənin 1,3 və 5-ci günləri olmaqla Bakı-Batumi avtobus reysi fəaliyyətə başlayıb.

Avtobusun yola düşmə vaxtı Bakı vaxtı ilə saat 18:00, təyinat məntəqəsinə – Batumi şəhərinə çatma vaxtı isə növbəti gün saat 9:00-da baş tutacaq. Gediş biletinin qiyməti 35 manat təşkil edir.

Qeyd edək ki, Batumi Gürcüstanın ən önəmli turizm mərkəzlərindən biri hesab olunur.

 

Gununsesi.info