Xəbər verildiyi kimi Prezident İlham Əliyevlə mədəniyyət və incəsənət xadimlərinin görüşündə “Bakılı oğlanlar” klubunun təmsilçisi Tahir İmanov ölkə telekanallarının onlara qadağasından danışıb. Bu xəbərə təəccüblə yanaşan İlham Əliyev isə “heç kəs sizə qadağa qoya bilməz, televiziyalar səhv edib” deyə onlara dəstəyini nümayiş etdirib.
Gununsesi.org-un xəbərinə görə, ölkə rəhbərinin bu bəyanatı artıq öz nəticəsini göstərib. Belə ki, Tahir İmanov İctimai televizyaya dəvət olunub.
Aktyorun İTV-Yekun proqramına müsahibəsi isə 3 mart saat 19.00-da yayımlanacaq.
Gununsesi.org












