Eldar Əzizov mer seçkisinə qarşı - HAZIRKI STRUKTUR DAHA SƏMƏRƏLƏİ İŞLƏYİR

  • Müəllif: admin
  • 03 Mart 2019 10:00

 

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxt rəhbərinin seçki yolu ilə müəyyən olunmasına dair çağırışlara münasibət bildirib.

Gununsesi.org-un xəbərinə görə, icra başçısı deyib ki, bu məsələ icra hakimiyyətinin iradəsinə aid deyil: “Bakı merinin seçilməsi ilə bağlı məsələ Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətinə aid deyil”. E.Əzizov qeyd edib ki, bu vəzifəyə təyinat qanunvericiliklə tənzimlənir: “Konstitusiyaya görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı prezidentin səlahiyyətli nümayəndəsi kimi çıxış edir. Bu, bir institutdur, meriya isə başqa institutdur. Hər birinin öz üstünlüyü var, zəif tərəfləri də var”.

İcra başçısı hesab edir ki, hazırkı struktur daha səmərəli işləyir: “Bütün ehtiyatlardan yaxşı istifadə edilərsə, nəticə əldə etmək olar”.

Elmar

Gununsesi.org