Bakının bəzi hissələrində su olmayacaq

  • By admin
  • 22 İyun 2016 11:06

SU

 

Bakı şəhəri Nizami rayonu E.Süleymanov küçəsində su təchizatı sistemlərinin yenidən qurulması işlərinin aparılması ilə əlaqədar iyunun 22-də gün ərzində Qara Qarayev və Babək prospektlərinin, həmçinin E.Süleymanov və İ.Məmmədov küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən  bildirilir.