Bu ilin may ayında SOCAR-da xam neft hasilatı 639 min ton olub. Bu haqda Gununsesi.info-ya SOCAR-ın mətbuat xidmətindən məlumat verilib. Belə ki, keçən ay ümumilikdə Azərbaycanda 3 milyon 567,2 min ton neft hasil edilib. Cari ilin yanvar-may aylarında SOCAR üzrə neft hasilatı 3 milyon 161,8 min ton, ümumilikdə Azərbaycanda isə 17 milyon 544,2 min ton olub.
Gülnaz Qənbərli