Bakının bu məşhur özəl klinikasında ölüm hadisəsi - CİNAYƏT İŞİ AÇILDI

  • Müəllif: admin
  • 18 Dekabr 2017 11:18

Bakıdakı özəl klinikalardan birində ölüm hadisəsi baş verib.

Gununsesi.info lent.az-a istinadən xəbər verir ki, Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində yerləşən “Medera” klinikasında 1977-ci il təvəllüdlü Hümbətov Anar Musa oğlu əməliyyat vaxtı ölüb.

Sol çiyin nahiyəsindən əməliyyat olunan 40 yaşlı kişinin halı birdən-birə daha da pisləşib və onun həyatını xilas etmək mümkün olmayıb.

Yaxınlarının bildirdiyinə görə, A.Hümbətov yüngül əməliyyat zamanı həkim səhlənkarlığının qurbanı olub.

Ölüm faktı ilə bağlı Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə iş başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

Gununsesi.info